XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tokioda uğur qazanan daha bir qrup paralimpiyaçımız Vətənə qayıdıb
İdman 11:36 / 01.09.2021
Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.Bununla əlaqədar Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyası və "Neftçi" İdman Klubu qarşılama mərasimi təşkil edib. Qızıl medal qazanan paracüdoçular Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq), Hüseyn Rəhimli (81 kq), Sevda Vəliyeva (52 kq), bürünc medalçı İlham Zəkiyev (+100 kq), çempion olan para-atletlər Həmid Heydəri, Elvin Astanov, bürünc medalçı Səid Nəcəfzadə və yarışı medalsız başa vuran Kamil Əliyevlə, Nurlan Babacanovu Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.

Qeyd edək ki, daha əvvəl Tokio paralimpiadasında iştirak etmiş 4 idmançı Bakıya dönüb.

38563 oxunub

InvestAZ