XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tokio Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 3 idmançımız mübarizə aparacaq
İdman 02:01 / 01.09.2021
Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir. Paralimpiadanın səkkizinci günündə - sentyabrın 1-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq. Yarış günündə idmançılarımızdan 1-i atletika və digər 2-si isə üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Atletimiz Elmir Cəbrayılov 400 metr məsafəyə qaçış yarışlarında iştirak edəcək.

Təmsilçilərimiz Dana Şandıbina və Vəli İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, Tokio Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

30970 oxunub

InvestAZ