XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tokio-2020: İki idmançımız mübarizəni dayandırdı
İdman 11:21 / 31.08.2021
Tokio-2020-də mübarizə aparan milli komandamızın üzvləri Yelena Taranova və Kamran Zeynalov 10 metr məsafəyə güllə atıcılığı yarışlarında təsnifat mərhələsini keçə bilməyiblər. Y.Taranova 538 xalla təsnifat mərhələsində 16-cı olub. K.Zeynalov isə təsnifat mərhələsini 543 xalla 23-cü pillədə başa vurub.
Qeyd edək ki, Y.Taranova 25, 50, Z.Zeynalov isə 50 metr məsafəyə atəşaçma yarışlarında iştirak edəcəklər.
Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Tokio-2020-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edəcək. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

32280 oxunub

InvestAZ