XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zəka sahibimiz dünya kuboku yarışının qalibi oldu
İdman 10:19 / 31.08.2021
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva dünya kuboku yarışının qalibi olub. 18 yaşlı qızların turnirində böyük əzmkarlıqla mübarizə aparan şahmatçımız finalda Gürcüstan təmsilçisi Tamari Esadze üzərində qələbə qazanıb. Şahmatçımız dünya kubokunun qalibi olmaqla dekabrın 18-24-də keçiriləcək super finala vəsiqəni təmin edib.
Hər yaş qrupunda super finalda 6 şahmatçı - dünya kubokunda ilk üç yeri tutanlar, noyabrda keçiriləcək Qran-Pri seriyasında ilk iki yerin sahibləri və müvafiq yaş qrupunda ən yüksək əmsala malik şahmatçı iştirak edəcək. Bu yarışda hər yaş qrupunda mükafat fondu 3 min avro təşkil edəcək.
Xatırladaq ki, avqustun 1-dən 10, 12, 14, 16, 18 yaşlı yeniyetmələr arasında start götürən rapid üzrə onlayn dünya kubokunun finalında 6 şahmatçımız mübarizə aparıb. Final mərhələsinə çıxan şahmatçılardan 16 yaşlı oğlanların yarışında Xəzər Babazadə mübarizəni dörddəbir finala qədər davam etdirə bilib. Bu nəticə ilə o, noyabrda keçiriləcək Qran-Pri seriyasında iştirak hüququ qazanıb.


31665 oxunub

InvestAZ