XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşdi
İdman 17:51 / 30.08.2021
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.
B yolunda yer alan ölkə çempionu "Uraqan İvano - Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun matçları Ukraynada olacaq.
Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.

30479 oxunub

InvestAZ