Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
Gündəm 15:54 / 28.08.2021
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl və bürünc medallar qazandıran idmançılarımızı təbrik edib.
Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:
"Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Raman Saleh, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram”.
31712 oxunub