XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



II Avropa Oyunlarının “Sülh məşəli” estafetinin təqdimatı olub
İdman 13:13 / 06.04.2019

Minskdə II Avropa Oyunlarının "Sülh məşəli” estafetinin təqdimatı ilə bağlı təntənəli mərasim keçirilib. Oyunların təşkilatı fondunun rəhbəri Georgi Katulin mərasimdə çıxış edərək deyib: ”Bu gün biz II Avropa Oyunlarının "Sülh məşəli” estafetini təqdim edirik. Onun məqsədi məhz adında ifadə olunub: bu multiidman forumunun əsas məqsədi Avropanın bütün ölkələrini möhtəşəm idman bayramının ətrafında birləşdirmək və Oyunları 2019-cu ilin ən parlaq hadisəsinə çevirməkdir”.
Sonra dizayner Yuliya Brayçukun hazırladığı və Novoqrudka zavodunda istehsal edilmiş məşəl iştirakçılara təqdim olunub. O, paslanmayan poladdan düzəldilib, çəkisi isə 1,7 kiloqramdır. Təşkilatçılar bildiriblər ki, bu çəkini əldə uzun məsafəyə daşımaq çətin olduğundan, onu velosiped, yaxud əlil arabasına bərkitmək nəzərdə tutulur. Məşəl dünya standartlarına uyğun olaraq 15 dəqiqə ərzində yanır ki, bu da estafeti əvəz edənlərə lazımi məsafəni qət etməyə imkan verir.
Məşəl estafeti mayın 3-də İtaliyanın paytaxtı Romada start götürəcək, Avropanın 8 ölkəsindən keçməklə 50 gündən sonra - iyunun 21-də Minskin "Dinamo” stadionunda keçiriləcək təntənəli mərasimdə alovlandırılacaq.
Mərasimdə Belarus dizayneri Yuliya Latuşkinanın hazırladığı estafet iştirakçılarının geyim forması da təqdim olunub.

32307 oxunub

InvestAZ