XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Araz-Naxçıvan”dan bir qələbə və bir heç-heçə
İdman 18:21 / 22.08.2021
"Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb. Son ölkə çempionu Latviyanın Salaspils şəhərində keçirilən ilk oyununda Cəbəllütariqin "Europa" kollektivini 9:2 hesabı ilə məğlub edib. Naxçıvan təmsilçisi avqustun 22-də Çempionlar Liqasının ikinci mərhələsində növbəti görüşünü keçirib. Komandamız Finlandiyanın "Kampuksen Dinamo” klubu ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində keçirilən görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. Naxçıvan təmsilçisi qrupda sonuncu oyununu sabah Latviyanın "Raba” (Latviya) klubuna qarşı keçirəcək.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

29989 oxunub

InvestAZ