XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Xüsusi olimpiyaçılar basketbol yarışlarında
İdman 17:23 / 22.08.2021
Şağan Olimpiya İdman Kompleksinin meydançasında qızlar arasında basketbol üzrə seçmə yarış keçirilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilmiş yarış xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda baş tutub. Turnirdə ən güclü divizionda birinci yeri sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası tutub. İkinci pillədə Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbi, üçüncü yerdə isə Xəzər rayonu 1 saylı Sosial Xidmət Müəssisəsinin komandası qərarlaşıb.
Xüsusi Olimpiya proqramına uyğun keçirilən turnirdə xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisənin şagirdləri, məzunları, eyni zamanda ailələrdən olan idmançılar iştirak ediblər. Ümumilikdə, 12 komandanın iştirak etdiyi yarış 2022-ci ilin beynəlxalq yarışlarına seçmə xarakteri daşıyır.


29762 oxunub

InvestAZ