XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Yeniyetmə karateçilərimiz Avropa çempionatını uğurla başa vurdular
İdman 15:13 / 23.08.2021
Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa birinciliyi, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı keçirilib. Yarışda 45 ölkədən 1008 idmançı mübarizə aparıb. Avropa çempionatına 24 karateçi ilə yollanan komandamız 3 qızıl, 1 gümüş və 3 bürünc medala layiq görülüb.
Yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında iki karateçimiz qızıl medal qazanıb. Belə ki, 70 kq-dan yuxarı çəki dərəcəsində Nihad Kərimzadə finalda Belarus təmsilçisi Andrey Basarovu məğlub edərək birinci yerə layiq görülüb. İkinci qızıl medalı millimizin aktivinə 63 kq çəki dərəcəsində çıxış edən Rəşid Süleymanov yazdırıb. O, həlledici mərhələdə Artem Şarubaya (Belarusiya) qalib gəlib.
Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib çıxıb.
Yarışın ikinci günündə komandamız daha bir medal qazanıb. 16-17 yaşlı gənclər arasında kumite yarışlarında Rumil Cəfərli (76 kq) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə Kipr təmsilçisi Louzos Vasiliuya 1:2 hesabla məğlub olub. Bununla da, karateçimiz gümüş medalla kifayətlənib.
Yarışın son günü də komandamız üçün uğurlu olub. Belə ki, idmançılardan 16-17 yaşlı gənclər arasında Avropa çempionu olmuş Əminağa Quliyev (-60 kq) bu uğurunu 18-21 yaşadək gənclər arasında bir daha təkrarlayıb.
Hüseyn Məmmədli (67 kq) və Mədinə Sadiqova (55 kq) isə bürünc medala sahib olublar.

19322 oxunub

InvestAZ