XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024



ADBTİA-nın professoru dünyasını dəyişib
İdman 13:25 / 23.08.2021
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) sabiq "Güləşmə və onun metodikası” kafedrasının müdiri İsmayıl Abdul-Qədirov avqustun 16-da vəfat edib.
Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi vəİdman Xadimi, "Tərəqqi” medalçısı, "Şöhrət” ordenli, Azərbaycan Respublikasının Əməkdar məşqçisi İsmayıl Qafaroğlu Abdul-Qədirov 1936-cı il fevralın 15-də anadan olub. İ.Abdul-Qədirov idmana 14 yaşında gəlib. 1950-ci ildə "Dinamo” idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olmağa başlayıb.
Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan İsmayıl müəllim 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cu yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. Həmin vaxt İ.Abdul-Qədirov artıq ali təhsilli idman mütəxəssisi idi. 1950-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun "Güləş və onun metodikası” kafedrasında işləməyə başlayıb.
1961-ci ildə "Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülən İsmayıl müəllim, həmin il güləş üzrə respublika, 5 il sonra isə ümumittifaq dərəcəli hakimliyə yüksəlib. 1980-1990-cı illərdə İsmayıl müəllimin elmi-pedaqoji fəaliyyəti özünü daha qabarıq büruzə verib. Bununla belə, İsmayıl müəllim məşqçilik fəaliyyəti dövründə 25-dən artıq idman ustası, 50-dən çox idman ustalığına namizəd hazırlayıb.
1980-ci ildən başlayaraq, çalışdığı kafedraya rəhbərlik edən İsmayıl Abdul-Qədirov 10 il bu vəzifəni daşıdıqdan sonra, institutun qiyabi fakültəsinin dekanı vəzifəsinə təyin edilib. 1991-ci ildə elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, ona dosent elmi dərəcəsi verilib. 2009-cu ildən isə bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının professoru seçilib. İsmayıl müəllim 30 dərslik və tədris vəsaitinin müəllifi olub.
A.Abdul-Qədirovun Azərbaycan idmanı, idmançı kadrların yetişdirilməsi sahəsindəki uzunmüddətli və məhsuldar əməyi dəfələrlə ümumittifaq və respublika idman komitələri tərəfindən diplom və fəxri fərmanlarla qeyd olunub. 1990-2002-ci illərdə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü olub.
Allah rəhmət eləsin!

Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyası

17146 oxunub

InvestAZ