XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Tokioda Paralimpiya alovunun bir məşəldə toplanması mərasimi keçirilib
İdman 10:34 / 21.08.2021
Avqustun 20-də axşam saatlarında Tokio Yay Paralimpiya Oyunlarının təşkilatçıları Yaponiyanın 47 prefekturasından gətirilmiş alovun bir məşəldə toplanması mərasimini keçiriblər.
Yaponiya hökumətinin Akasaka sarayı qarşısında keçirilən tədbir "Tokio-2020”nin "YouTube” kanalında canlı yayımlanıb.
Mərasimdə çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa deyib: "Bu gün doğularaq Paralimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq məşəl çoxlu sayda insanın ümidlərini özündə birləşdirir. Bütün ömrü boyu çox ciddi sınaqları aşan paralimpiyaçılar yarışları izləyən tamaşaçılara cəsarət nümunəsi göstərəcəklər”.
Baş nazir, həmçinin qeyd edib ki, təşkilatçılar Paralimpiada zamanı koronavirusun yayılmasının qarşısını almaq üçün mümkün olan bütün işləri görəcəklər.
Mərasim zamanı səhnəyə ölkənin 47 prefekturasından toplanan məşəllər gətirilib. Vahid Paralimpiya alovunu isə Olimpiya mükafatçısı, cüdoçu Tadahiro Nomura, Paralimpiya Oyunlarının iştirakçısı Aki Taquçi və aktrisa Satomi İşihara alovlandırıblar.
Avqustun 24-dən sentyabrın 5-dək Tokioda keçiriləcək XVI Paralimpiya Oyunlarına koronavirus pandemiyasına görə tamaşaçılar buraxılmayacaqlar.

30330 oxunub

InvestAZ