XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Konfrans Liqası: “Neftçi” “Makkabi” komandasına qarşı
İdman 12:00 / 19.08.2021
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları keçiriləcək. Azərbaycanın "Neftçi” klubu bu gün pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Komandamız pley-offun ilk oyunları çərçivəsində İsrailin "Makkabi” (Hayfa) komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da "Bakcell Arena”da start götürəcək. Matçı Şimali Makedoniyadan olan hakimlər briqadası idarı edəcək. Baş hakim Aleksandar Stavrev olacaq. Ona Deyan Kostadinov və Qoçe Petreski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Tarqo Kaldoya (Estoniya), hakim-inspektor isə Rusmir Mrkoviç (Bosniya və Herseqovina) olacaq.

Bakı təmsilçisinin heyətində koronavirusdan sağalan Uqo Basto və hərarəti olduğu üçün Premyer Liqanın ilk turunda "Qəbələ” ilə matçı buraxan Sabir Buqrin artıq məşqlərə başlayıb. Onların qarşıdakı matçda forma geyinməsi gözlənilir. Hayfa təmsilçisində isə itki yoxdur.


31917 oxunub

InvestAZ