XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Sərbəst güləş üzrə millimiz 5 medalla dördüncü oldu
İdman 11:25 / 19.08.2021
Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarışlar başa çatıb. Yarışa 9 idmançı ilə yollanan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar.
Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında mundialda iştirak edən komandamız yekunda 122 xal toplayaraq dünyada dördüncü yeri tutub. İlk üçlükdə İran (178), Rusiya (142) və ABŞ (129) yer alıblar.
Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. "Sərbəstlər" sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.


17221 oxunub

InvestAZ