XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



3 güləşçimiz dünya çempionatının gümüş medalına sahib çıxdı
İdman 10:06 / 18.08.2021
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı keçirilir. Yarışların ikinci günü komandamız üçün uğurlu olub. Sərbəst güləşçimiz Zirəddin Bayramov 65 kq çəki dərəcəsində rusiyalı Şamil Məmmədovla qarşılaşıb. İlk xalı Z.Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.
Komandamıza dünya çempionatının növbəti medalını isə 70 kq-da yarışan Cəbrayıl Hacıyev qazandırıb. Finalda iranlı İrfan Elahi ilə üz-üzə gələn güləşçimiz rəqibinə 5:6 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
Yığmamıza üçüncü gümüş medalı 79 kq-da çıxış edən Əşrəf Aşırov qazandırıb. Qızıl medal uğrunda iranlı Məhəmməd Noxodilarimi ilə qüvvəsini sınayan pəhləvanımız yekunda 5:7 hesabı ilə məğlub olaraq dünya çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, komandamızın daha bir üzvü 57 kq çəki dərəcəsində yarışan Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.

16788 oxunub

InvestAZ