XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Neftçi”nin çətin rəqibi var
İdman 12:04 / 13.08.2021
UEFA Konfrans Liqasında mübarizə aparacaq "Neftçi” və "Qarabağ” komandalarının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Bu, turnirin üçüncü təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.
Avropa Liqasında mübarizəni dayandıran "Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi” (Hayfa) komandasını üstələməyi bacarmalıdır. "Makkabi” evdə 7:2 hesabı ilə məğlub etdiyi "Torshavn”a Farer Adalarında minimal hesabla uduzaraq, mərhələ adlayıb.
"Qarabağ” isə Şotlandiyanın "Aberdin” komandası ilə üz-üzə gələcək. "Aberdin” İslandiyada 3:2 hesabı ilə qalib gəldiyi "Breydablik”ə öz meydanında uduzmayıb - 2:1.
Qeyd edək ki, "Qarabağ” və "Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.
30744 oxunub

InvestAZ