XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millinin üzvləri ilə görüş
İdman 11:39 / 05.04.2019



Aprelin 4-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) boccia üzrə yığma komandanın üzvləri ilə görüş keçirilib. Görüşdə Komitənin prezidenti İlqar Rəhimov boccia komandasının Zaqrebdə keçirilən açıq regional çempionatda bürünc medala layiq görülməsini məmnunluqla vurğulayıb. Yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini, rəqib komandalar arasında Paralimpiya çempionlarının da olduğunu vurğulayan İ.Rəhimov idmançılarımızın əzmlə mübarizə apardıqlarını, yarışdan uğurlu nəticələrlə qayıtdıqlarını deyib.
"Peşəkar idmanda kifayət qədər çətinliklər var. Sizin məqsədiniz Vətənimizi layiqincə təmsil etmək və medal qazanmaqdır. Bu istiqamətdə çox çalışmalı və peşəkar idmançılara xas ən müsbət keyfiyyətləri özünüzdə cəmləşdirməlisiniz”, - deyə ARMPK-nın prezidenti qeyd edib.
Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti Vüqar Əsgərov bildirib ki, ölkəmizin boccia komandası bir ildir formalaşıb. Bu müddət ərzində komandamız kifayət qədər uğur qazanıb. Hazırda əsas məqsəd boccia idman növünü daha da inkişaf etdirməkdir.
Milli komandanın baş məşqçisi İlham Məhərrəmov, kapitan Bəhruz Mirzəyev və komandanın üzvləri Xəyal İslamov, Zaur Veysəlov çıxışlarında qarşıda qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını vurğulayıblar.



37710 oxunub

InvestAZ