XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Shamkir Chess 2019”da növbəti tur
İdman 10:29 / 05.04.2019


Aprelin 4-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019” superturnirində beşinci turun oyunları keçirilib.
Növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun dünya çempionu, norveçli Maqnus Karlsen, Teymur Rəcəbovun isə Rusiya təmsilçisi Sergey Karyakinlə mübarizəsi heç-heçə başa çatıb.
Turnirin digər partiyalarında hindistanlı Vişvanatan Anand hollandiyalı Aniş Girini, çexiyalı David Navara çinli Dinq Lireni, rusiyalı Aleksandr Qrişuk bolqarıstanlı Vaselin Topalovu məğlub ediblər. Qeyd edək ki, beş turun nəticəsinə görə aktivində 3,5 xal olan Maqnus Karlsen turnir cədvəlində liderliyini davam etdirir. Vişvanatan Anand, Sergey Karyakin 3 xal, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov 2,5 xal, Şəhriyar Məmmədyarov, Veselin Topalov 2 xal, Aniş Giri 1,5 xal toplayıblar.
Qeyd edək ki, aprelin 5-də "Shamkir Chess 2019” superturnirində istirahət günüdür. Altıncı turun oyunları aprelin 6-sı keçiriləcək.

34471 oxunub

InvestAZ