XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Karateçimiz yarımfinala vəsiqə qazanmaqla Tokio-2020-nin bürünc medalını özünə təmin etdi  — FOTO
İdman 12:01 / 07.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən karate yarışları davam edir. Karate yarışlarının üçüncü günündə mübarizə aparan təmsilçimiz İrina Zaretska (+61 kq) növbəti görüşünə çıxıb. Dünya çempionumuz qrupun son görüşündə türkiyəli Məltəm Hocaoğlu ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn karateçimiz qrupu lider kimi başa vuraraq yarımfinala vəsiqə qazanıb.
İrina Zaretska yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da özünə təmin edib. Bununla da, Azərbaycan komandası Tokio-2020-də 6-cı medalını təmin edib.
İdmançımız yarımfinalda çinli Qonq Li ilə qarşılaşacaq.
Qeyd edək ki, İ.Zaretska buna qədər A qrupunda yaponiyalı Ayumi Uekusa və italiyalı Silviya Semeraroya qalib gəlib, qazaxıstanlı Sofya Berultsevaya məğlub olmuşdu.



30436 oxunub

InvestAZ