XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tokio-2020: Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız finala vəsiqə qazana bilmədi
İdman 08:28 / 07.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Oyunların 16-cı günündə Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası mübarizəyə başlayıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət olan komandamız əvvəlcə 5 topla hərəkətlərdə bacarığını nümayiş etdirib. Komandamız bu hərəkətinə görə hakimlərdən 36,700 bal alıb. Gimnastlarımız bu mübarizəni 14 ölkə arasında 10-cu yerdə başa vurublar.
Komandamızın növbəti cəhdi 3 halqa və 2 cüt gürzlə olub. Gimnastlarımızın bu hərəkətini isə  hakimlər bu dəfə 37,650 balla qiymətləndiriblər.
Beləliklə, komandamız iki hərəkətin cəmində hakimlərdən 74,350 bal alıb. Gimnastlarımız bu nəticə ilə 14 ölkə arasında 10-cu yeri tutaraq Tokio-2020-nin finalına vəsiqə qazana bilməyiblər. Finala yüksəlmək üçün isə komandamız ilk "8-liy"ə düşməli idi.

35148 oxunub

InvestAZ