XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zöhrə Ağamirova Tokio-2020-də 18-ci oldu
İdman 18:03 / 06.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən bədii gimnastika üzrə yarışlar davam edir. Bu gün mübarizəyə Azərbaycan komandasının üzvü Zöhrə Ağamirova qoşulub. Fərdi gimnastların təsnifat yarışlarında iştirak edən gimnastımız çoxnövçülük üzrə keçirilmiş təsnifat yarışlarında 18-ci yerdə qərarlaşıb. Bu nəticə idmançımızın finala çıxması üçün yetərli olmayıb. Beləliklə, Zöhrə Ağamirova Tokio-2020-də mübarizəni dayandırıb.
Qeyd edək ki, Z.Ağamirova Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı idmançıdır.


33029 oxunub

InvestAZ