XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Tokio-2020-də qızıl medal şansı
İdman 00:32 / 07.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın 16-cı günündə 6 idmançımız medallar uğrunda mübarizə aparacaq. Mübarizəyə əvvəlcə bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandamız başlayacaq. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət komandamız əvvəlcə 5 topla, daha sonra 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə yarışacaq. Komandamız mübarizəyə Bakı vaxtı ilə 05:00-da başlayacaq. Təsnifat mərhələsində 14 ölkə arasında ilk "8-liy"ə düşən komandalar avqustun 8-də təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq. Həlledici mərhələ isə avqustun 8-də olacaq.
Digər idmançımız isə karate yarışlarında gücünü sınayacaq. Bu +61 kq çəki dərəcəsində yarışacaq İrina Zaretskadır. Xanım karateçimiz mübarizəyə B qrupundan başlayacaq. O, qrupda ardıcıl olaraq, Ayumi Uekusa (Yaponiya), Silviya Semeraro (İtaliya), Sofya Berultseva (Qazaxıstan) və Meltem Akyol Hocaoğlu (Türkiyə) ilə qarşılaşacaq. Qrupda ilk 2 yeri tutan idmançılar yarımfinala vəsiqəni rəsmiləşdirməklə yanaşı, ən azı bürünc medalı da özləri üçün təmin edəcəklər. İdmançımız mübarizəyə Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.
Bu gün həmçinin güləşçilərimizdə medallar uğrunda yarışacaqlar. Belə ki, dünən finala çıxan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) bu gün həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq.
Bundan başqa iki güləşçimiz isə bürünc medal uğrunda yarışacaq. Bunlardan sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) təsəlliverici görüşdə gürcüstanlı Elizbar Odikadze ilə qarşılaşacaq. İdmançımız qalib gələcəyi təqdirdə kubalı Reyneris Salas Pereslə bürünc medal uğrunda mübarizə aparacaq.
Üçqat Olimpiya mükafatçımız Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda Namuuntsetseq Tsoqt Oçir (Monqolustan) - Lusia Yamilet Yepes Qusman (Ekvador) cütünün qalibi ilə qarşılaşacaq.
Güləş yarışlarında medal uğrunda görüşlərə Bakı vaxtı ilə 13:45-də start veriləcək.


19993 oxunub

InvestAZ