XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Rafael Ağayev Tokio-2020-nin gümüş medalına sahib çıxdı
İdman 17:00 / 06.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları davam edir. Oyunların ikinci günü Azərbaycan komandası üçün yaddaqalan olub. Belə ki, 75 kq çəki dərəcəsində mübarizə aparan beşqat dünya, onbirqat Avropa çempionumuz Rafael Ağayev  Azərbaycana Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk gümüş medalını qazandırıb. Rafael Ağayev həlledici görüşdə italiyalı Luici Buza ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 1:0 hesabı ilə məğlub olan Rafael Ağayev Tokio Olimpiadasının gümüş medalına sahib çıxıb. Beləliklə, komandamız 
Qeyd edək ki, karate yarışları ilk dəfə olaraq olimpiadalar tarixində Tokio-2020-nin proqramına daxil olub. 
Xatırladaq ki, Rafael Agayevdən əvvəl cüdoçumuz İrina Kindzerska (+78 kq), boksçumuz Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) bürünc medal qazanmışdı. Bundan başqa sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçimiz Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) isə sabah bürünc medal uğrunda görüşəcək. 

33713 oxunub

InvestAZ