XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Rafael Ağayev Tokio-2020-nin finalında
İdman 16:20 / 06.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarının karate yarışları davam edir. Oyunlarda 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Rafael yarımfinal görüşünə çıxıb. İdmançımız finala çıxış uğrunda görüşdə Macarıstan karateçisi Qabor Karoli Harspataki ilə üz-üzə gəlib. Görüşdə rəqibinə 7:0 hesabı ilə qalib gələn Rafael Ağayev finala vəsiqə əldə edib.
Qeyd edək ki, mübarizəyə B qrupundan başlayan 5 qat dünya çempionumuz qrupda keçirdiyi 4 görüşdən 3-də qələbə qazanıb, 1-də isə məğlub olmuşdu. Qrupu 6 xalla ikinci pillədə başa vuran R.Ağayev yarımfinala vəsiqəni də özü üçün təmin etmişdi.


30763 oxunub

InvestAZ