XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Karateçimiz qrupun son görüşündə məğlub oldu
İdman 14:57 / 06.08.2021
Tokio Olimpiadasında karate yarışlarının ikinci günü davam edir. Oyunlarda mübarizə aparan 5 qat dünya, 11 qat Avropa çempionumuz Rafael Ağayev (75 kq) qrupda sonuncu görüşünə çıxıb. Karatenin briliyantı bu görüşdə italiyalı Luici Busa ilə qarşılaşıb. Bundan əvvəl yarımfinala vəsiqəni təmin edən karateçimiz son görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub. Beləliklə, qrupda keçirdiyi dörd görüşdən üçünü qələbə ilə başa vurub, birində məğlub olan karateçimiz qrupda altı xalla ikinci yeri tutub. İdmançımız bu məğlubiyyətə baxmayaraq qrupda ikinci yeri tutaraq yarımfinala vəsiqəni rəsmiləşdirib. Rafael həmçinin ən azı bürünc medalı da özü üçün təmin edib. Karateçimiz yarımfinalda A qrupunun lideri macarıstanlı Qabor Harşpataki ilə qarşılaşacaq. Təmsilçimiz yarımfinal görüşünə bu gün Bakı vaxtı ilə saat 15:22-də çıxacaq.


31838 oxunub

InvestAZ