XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Mariya Stadnik Tokionu əliboş tərk edəcək?
İdman 14:15 / 06.08.2021
Qadın güləşi üzrə yığma komandamızın üzvü Mariya Stadnik (50 kq) bu gün mübarizəyə başlayıb.
Təmsilçimiz 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib. 8 qat Avropa çempionumuz 9:7 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. Növbəti mərhələdə tunisli Sarra Hamdini də mübariəzədən kənarlaşdıran (10:0) Mariya yarımfinalda yerli güləşçi ilə üz-üzə gəlib. Bu çəki dərəcəsində Stadnikin əsas rəqibi olan Yui Susaki təşəbbüsü əldən verməyib. Olimpiya çempionluğuna ümid bəslədiyimiz Mariya böyükhesablı məğlubiyyətlə üzləşib - 0:11. Lakin güləşçimizin Tokionu əliboş tərk etməmək şansı yaranıb. Belə ki, o, sabah bürünc medal üçün xalça üzərinə çıxacaq.

36735 oxunub

InvestAZ