XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Hacı Əliyev qızıl medalın bir addımlığında
İdman 13:48 / 06.08.2021
Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
65 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Hacı Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə qazaxıstanlı Daulet Niyazbekovla güləşib.
9:1 hesablı qələbə sayəsində Hacı Əliyev yarımfinala yüksəlib. Təmsilçimiz hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.
Bu görüşdə də güləşçimiz rəqibinə 12:5 hesabı ilə qalib gəlib. Hacı Əliyev finala vəsiqə qazanaraq, ən azı gümüş medalı özü üçün təmin edib. Finalda isə idmançımızı yaponiyalı Takuto Otoquro ilə gərgin görüş gözləyir. Həmin qarşılaşma sabah təşkil olunacaq.


31580 oxunub

InvestAZ