XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şərif Şərifov üçün bürünc medal şansı yarandı
İdman 13:58 / 06.08.2021
Tokio Olimpiadasında sərbəst güləş yarışları davam edir. Oyunlarda 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Şərif Şərifov təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb. Olimpiya çempionumuz bu hüquqa Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevin finala çıxması sayəsində yiyələnib.
Beləliklə, Şərif Şərifov sabah Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə təsəlliverici qarşılaşmaya çıxacaq. Pəhləvanımız bu görüşdə qalib gələcəyi təqdirdə bürünc medal uğrunda kubalı Reineris Salas Perezlə üz-üzə gələcək.
Xatırladaq ki, Şərif Şərifov 1/8 finalda rusiyalı Olimpiya çempionu Abdulrəşid Sadullayevə məğlub olmuşdu.


31832 oxunub

InvestAZ