XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bədii gimnastımız Tokio-2020-nin finalına vəsiqə qazana bilmədi
İdman 12:43 / 06.08.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları keçirilir. Gimnastların fərdi mübarizəsində azərbaycanlı Zöhrə Ağamirova da iştirak edib. Bədii gimnastımız ilk olaraq topla hərəkətlərdə öz çıxışını təqdim edib. O, birinci cəhdində hakimlərdən 23,400 xal alıb. 20 yaşlı idmançımızın ikinci cəhdi halqa ilə hərəkətlər olub. Bədii gimnastımızın budəfəki çıxışını hakimlər 23,000 xalla qiymətləndiriblər. Zöhrə Ağamirova lentlə hərəkətlərdə 19,900 xala layiq görülüb. Çıxışını gürzlərlə bitirən gimnastımız 21,500 xal alıb. Beləliklə, təmsilçimiz 4 hərəkətin yekuna əsasən hakimlərdən 87,800 xal alıb. O, çıxışını başa vuran idmançılar arasında hazırda 11-ci yerdə qərarlaşıb. Bununla da Zöhrə Ağamirova finala yüksəlmək şansını itirib.
Məlumat üçün bildirək ki, ümumi siyahıda ilk 10 pillədə qərarlaşacaq gimnastlar finala vəsiqə qazanacaqlar. Final görüşləri isə sabah təşkil olunacaq.


33017 oxunub

InvestAZ