XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tokio-2020: Hacı Əliyev yarımfinala vəsiqə qazandı
İdman 08:17 / 06.08.2021
Tokio Olimpiadasında güləş yarışları davam edir. Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev də bu gün Tokio-2020-də ilk görüşünə çıxıb. 65 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımız 1/8 finalda seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Görüş Hacı Əliyevin 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. İdmançımız bu qələbə ilə adını 1/4 finala yazdırıb. Pəhləvanımız növbəti mərhələdə qazaxıstanlı Daulet Niyazbekovla qarşılaşıb. Bu görüşdə də güləşçimiz inamlı qələbə qazanıb - 9:1. Hacı Əliyev bu qələbə ilə yarımfinala vəsiqəni təmin edib. Güləşçimiz yarımfinalda hindistanlı Bacranq Puniya ilə qarşılaşacaq.


32184 oxunub

InvestAZ