XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Olimpiya rekordunu qıraraq çempion olan atlet vəfat edən babasına ismarıc yolladı
İdman 15:24 / 05.08.2021
Amerikalı atlet Rayan Krauzer Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən nüvə itələmə yarışlarında qızıl medal qazanıb. İdmançı medal qazanmasından sonra kameralara gözlənilmədən kağız parçası göstərib. Həmin kağızda "Baba, biz bunu bacardıq. 2000-ci il Olimpiya çempionu!”.
Qeyd edək ki, idmançının babası Tokio-2020 Yay Olimpiya Oyunlarının başlamasından bir müddət əvvəl dünyasını dəyişib.
R.Krauzer Tokio Olimpiadasının final mərhələsində yeni Olimpiya rekorduna imza atıb. O, yarışlarda 23,30 metr nəticə göstərib.
Qeyd edək ki, atlet 2016-cı ildə Rio-de Janeyroda keçirilən Olimpiya Oyunlarında da rekord göstərici nümayiş etdirmişdi -22,52 m.


20181 oxunub

InvestAZ