XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tokio-2020: Güləşçilərimizin olimpiadadakı ilk rəqibləri müəyyənləşdi 
İdman 10:03 / 05.08.2021
Tokio Olimpiadasında güləş yarışları davam edir. Sabah komandamızın daha üç üzvü xalça üzərinə çıxacaq. Bu gün keçirilən püşkatmadan sonra idmançılarımızın olimpiadada qarşılaşacağı ilk rəqiblər müəyyənləşib. Təmsilçilərimizdən Mariya Stadnik (50 kq) ilk görüşdə rusiyalı Stalvira Orşuçla qarşılaşacaq. 97 kq çəki dərəcəsində mübarizə aparacaq Şərif Şərifovun da ilk rəqibi Rusiya Olimpiya Komitəsinin təmsilçisi olacaq. London-2012-nin qalibi ilk görüşündə Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparacaq Hacı Əliyev isə ilk qarşılaşmasını seneqallı Adama Diata qarşı keçirəcək.
Qeyd edək ki, hər 3 güləşçimiz mübarizəyə 1/8 finaldan başlayacaq.


29783 oxunub

InvestAZ