XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı
İdman 09:41 / 05.08.2021
Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Bu gün olimpiada çərçivəsində karate yarışlarına start verilib.
Karateçilərimizdən ilk olaraq Firdovsi Fərzəliyev (67 kq) mübarizəyə başlayıb. A qrupunda yer alan idmançımız ilk görüşdə türkiyəli Eray Şamdanla qarşılaşıb. Təmsilçimiz görüşü 1:7 hesabı ilə məğlub başa vurub. F.Fərzəliyev növbəti görüşünü yaponiyalı Naoto Saqoya qarşı keçirib. Karateçimiz bu görüşdə rəqibinə minimal fərqlə qalib gəlib -1:0. İdmançımız üçüncü görüşünü qazaxıstanlı Darxan Assadılova qarşı keçirib. F.Fərzəliyev bu görüşdə rəqibinə 2:6 hesabı ilə məğlub olub.
İdmançımız A qrupunda sonuncu görüşünü misirli Əli Elsavi ilə qarşılaşıb. Firdovsi Fərzəliyev bu qarşılaşmada rəqibinə 0:1 hesabı ilə məğlub olub. Beləliklə, karateçimiz A qrupunda keçirdiyi 4 görüşdən 3-də məğlub olub. O, öz qrupunda sonuncu - beşinci yeri tutub. İdmançımız bu nəticə ilə qrupda qalaraq Tokio-2020-də mübarizəni dayandırıb.


38737 oxunub

InvestAZ