XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UEFA reytinqindəki mövqeyimiz dəyişmədi
İdman 16:48 / 04.08.2021
Avrokuboklarda III təsnifat mərhələsinin ilk 10 oyunundan sonra UEFA reytinqi müəyyənləşib. Reytinqdə Azərbaycan 13,750 xalla 29-cu sıradakı mövqeyini qoruyub. Sloveniya (14,125) 28-ci, Polşa isə (13,500) 30-cu yerdədir. "Neftçi"nin Bakıda Finlandiya HİK-i ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında 2:2 hesablı heç-heçə etməsi ölkənin aktivinə daha 0,125 xal qazandırıb. Paytaxt təmsilçisi indiyədək 0,650 xal, "Qarabağ" 0,350 xal, "Sumqayıt" isə 0,125 xal əldə edib. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.125 xala çatıb. Bunlardan yalnız "gənclik şəhəri" təmsilçisi mübarizəni dayandırıb. Konfrans Liqasının II təsnifat mərhələsində Rusiya "Soçi"sinə hər iki görüşdə uduzan (0:3, 2:4) "Keşlə" reytinq xalı qazana bilməyib.
Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) və İtaliya (63, 473) müvafiq olaraq, ikinci, üçüncü yerləri tuturlar.


50719 oxunub

InvestAZ