XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Nazim Babayev Tokio Olimpiadasında finala çıxa bilmədi — FOTO
İdman 07:54 / 03.08.2021

Bu gün atetika üzrə Azərbaycan komandasının üzvü Nazim Babayev Tokio-2020-də mübarizəyə başlayıb. Üçtəkanla tullanma növündə mübarizə aparan atletimiz ilk cəhdində 16,38 metr nəticə göstərib. Təsnifat mərhələsində A qrupunda yarışan N.Babayev hazırda 8-ci sırada qərarlaşıb. İdmançımız ikinci cəhdində 16,30 metr nəticə göstərib. Atletimiz sonuncu cəhdində isə 16,72 metr nəticə göstərib. Bu, həm də Nazim Babayevin mövsümdə ən yaxşı göstəricisi olub. Buna baxmayaraq Avropa çempionumuz finala vəsiqə qazanmaq şansını itirib. O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak etmək hüququ qazanıb.


30494 oxunub

InvestAZ