XƏBƏR LENTİ
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Badmintoçumuz ikinci görüşündə məğlub oldu
İdman 16:22 / 28.07.2021
Tokio-2020-də badminton yarışları davam edir. Bu gün təmsilçimiz Edi Reski Dviçayo olimpiadada növbəti görüşünü çıxıb. L qrupunda mübarizə aparan badmintonçumuz bir gün əvvəl qazandığı uğurun ardını gətirə bilməyib. Belə ki, 23 yaşlı idmançımız ikinci qarşılaşmasında Danimarka təmsilçisi Anders Antonsenə məğlub olub. Görüşdən 0:2 hesabı (16:21; 15:21) ilə məğlub ayrılan E.Dviçayo qrupda qalıb. Badmintonçumuz bununla da Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Beləliklə, Tokio Olimpoiadasına yollanan 44 idmançımızdan 19-u mübarizəni dayandırıb.
Xatırladaq ki, Edi Reski Dviçayo olimpiadada keçirdiyi ilk görüşündə vyetnamlı Tyen Min Nquen 2:0 hesabı ilə qalib gəlmişdi. 

31569 oxunub

InvestAZ