XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Sumoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
İdman 16:44 / 28.07.2021

Azərbaycan sumoçuları Polşanın Siedlce şəhərində keçirilən kadetlər və yeniyetmələr arasında Avropa birinciliyində iştirak ediblər. Komandamız yarışda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında 4 idmançı ilə təmsil olunub. Yarışda ölkəmizi kadetlər arasında təmsil edən Sabir Qarayev (55 kq) bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. S.Qarayev yeniyetmələrin yarışında isə 55 kq çəki dərəcəsində gümüş medala sahib olub.

Digər idmançımız Nuhan Müzəffərov (45 kq) kadetlər arasında ikinci yeri tutub. Alim Balaşlı (60 kq) və Tamerlan Bağırov (60 kq) isə yeniyetmələr arasında bürünc medal qazanıb.

Qeyd edək ki, Polşada yarışla yanaşı, Avropa Sumo Federasiyasının Konqresi keçirilib. Konqresdə beynəlxalq qurumun yeni tərkibi formalaşıb. Seçkilərə əsasən Dariuş Rozum yenidən Avropa Sumo Federasiyasının prezidenti seçilib. Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev isı növbəti 5 il müddətinə Avropa Sumo Federasiyasının vitse-prezidenti seçilib.


40146 oxunub

InvestAZ