XƏBƏR LENTİ
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



"Neftçi" bu gün "Olimpiakos"la cavab oyununa çıxacaq
İdman 13:01 / 28.07.2021
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Son Azərbaycan çempionu "Neftçi” mərhələnin cavab matçında Yunanıstanın "Olimpiakos" klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı FIFA referisi Rikardo de Burqos olacaq.
Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. Flaqmanın heyətində ilk görüşdə ağır zədə almış Namik Ələskərov ilk qarşılaşma qırmızı vərəqə alan Mert Çelik oynaya bilməyəcək. Pirey təmsilçisində isə 8 itki var. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxacaqlar.
Xatırladaq ki, flaqman ilk görüşdə Yunanıstan təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Bu cütün qalibi növbəti mərhələdə "Mura” (Sloveniya) - "Lüdoqorets” (Bolqarıstan) oyununun qalibi ilə qarşılaşacaq. Məğlub olan tərəf isə UEFA Avropa Liqasının III raundunda HİK (Finlandiya) ilə üz-üzə gələcək.

33080 oxunub

InvestAZ