XƏBƏR LENTİ
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Çingiz Hüseynzadə: ""Qarabağ"ın və milli komandanın uğurları sevindiricidir"
İdman 11:06 / 03.04.2026
AFFA-nın XXXIV Hesabat Konfransı başlayıb.
Olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, baş katibi Azər Əliyev, AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, FİFA və UEFA-nın, həmçinin yerli futbol ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirlər. 
Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son bir ildə Azərbaycan futbolunda əldə olunan nəticələrin uğurlu olduğunu bildirib. 
"Futbol nəticələrlə ölçülən sahədir və bu baxımdan ötən il uğurlu olub. "Qarabağ"ın və milli komandanın uğurları sevindiricidir. "Qarabağ" Azərbaycanı Avropa arenasında layiqincə təmsil etdi. Milli komandamızın da qazandığı uğuru yüksək dəyərləndirmək olar. Ölkədə futbola maraq artıb. Bu münasibətlə futbol ictimaiyyətini təbrik edirəm”, - deyə Çingiz Hüseynzadə bildirib. 


153 oxunub

InvestAZ