XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Məmmədəli Mehdiyev də Tokio-2020-ni medalsız başa vurdu - FOTO
İdman 10:00 / 28.07.2021
Tokio-2020-də cüdo yarışları davam edir. Olimpiadanın altıncı günündə daha bir cüdoçumuz mübarizəyə başlayıb. Komandamızın üzvü Məmmədəli Mehdiyev 90 kq çəki dərəcəsində tatami üzərinə çıxıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşünü qazaxıstanlı İslam Bozbayevlə keçirib.
Cüdoçumuz qızıl xal bölümündə rəqibinə vazari ilə qalib gələrək növbəti mərhələyə adını yazdırıb. 1/8 finalda idmançımızın rəqibi rusiyalı Mixail İqolnikov olub. Təəssüf ki, cüdoçumuzun bundan artığına gücü çatmayıb.Rusiyalı rəqibinə vazari xalı ilə məğlub olan Məmmədəli Mehdiyev Tokio-2020-də mübarizəni dayandırıb.

42599 oxunub

InvestAZ