XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tokio-2020: Velosipedçimiz yıxılaraq finişə çata bilmədi
İdman 09:22 / 24.07.2021
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Velosipedin şosse növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib.

130 velosipedçinin qatıldığı yarışda 34 yaşlı idmançımız 57-ci km-də yıxılıb. Yarışın ümumi məsafəsi 234 km olsa da, E.Əsədov axıra qədər tab gətirə bilməyib.

Onunla yanaşı, hazırda davam edən yarışda daha 11 velosipedçi finişə çata bilməyib.

Qeyd edək ki, yarışın startında 2 velosipedçinin isə koronavirus testi müsbət çıxdığından mübarizəyə qoşulmayıb.​ 

31940 oxunub

InvestAZ