XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimizin mövqeyi dəyişmədi
İdman 15:45 / 23.07.2021
Avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Azərbaycan 13,375 xalla 29-cu sıradakı mövqeyini qoruyub.
Qazaxıstan 13,750 xalla 28-ci, Polşa isə 13,000 xalla 30-cu yerdədir.
"Qarabağ"ın Bakıda Konfrans Liqasında İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etməsi ölkənin aktivinə daha 0,125 xal qazandırıb.
Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500 xal, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 0,750-yə çatıb.
Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

29366 oxunub

InvestAZ