XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Novbahor"da qalmaqal
İdman 10:43 / 03.04.2019

Özbəkistanın "Novbahor" komandasının sabiq baş məşqçisi İlhom Muminjanov danışılmış oyunlarda iştirakı səbəbindən 5 il müddətinə diskvalifikasiya edilib.
Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Muminjanov 50 milyon sum (təqribən 10 min manat) məbləğində cəriməyə də məruz qalıb. O, qeyri-qanuni əməllərə 2017-ci ildə əl atıb.
Yalan ifadə verərək, Etika Komitəsini aldatmağa cəhd edən "Surxan"ın texniki direktoru Şerzod Şaripov və üzrlü səbəb göstərmədən iclasa qatılmayan komandanın kapitanı İlşod Jabbarov da futbol fəaliyyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, İlhom Muminjanov bu il "Surxan"a rəhbərlik edib. Lakin araşdırmalar başlanıldıqdan sonra o, işindən kənarlaşdırılıb. Hazırda "Novbahor"da "Neftçi" və "Keşlə"nin sabiq hücumçusu Bahodir Nasimov çıxış edir.

33003 oxunub

InvestAZ