XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



BOK bir hakim və bir həkimimizi Tokioya dəvət etdi
İdman 16:23 / 22.07.2021
Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib. BOK iki həmyerlimizi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib. Olimpiadanın boks yarışlarında referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq. Leyla Nəsirova isə Olimpiadanın boks yarışlarında həkim kimi çalışacaq. Qeyd edək ki, Tokio-2020-də Azərbaycanın beş boksçusu mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.
Tokio-2020-nin boks yarışları iyulun 24-dən avqustun 8-dək "Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.


48040 oxunub

InvestAZ