XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Federasiya prezidenti istefa verdi
İdman 19:19 / 02.04.2019
Almaniya Futbol Federasiyasının prezidenti Raynhard Qrindel istefa verib. Buna Qrindelin vəzifəsindən sui-istifadə etməsi səbəb olub.  Almaniya mətbuatı həmçinin, Qrindelin istefasında ilyarım öncə Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin ad günü münasibətilə ona hədiyyə etdiyi 78 min avroluq saatı qəbul etməsinin də rol oynadığını yazıb. Qaydalara görə, 57 yaşlı futbol funksioneri bu barədə ya yerli federasiyanı məlumatlandırmalı, ya da onu geri qaytarmalı imiş. Ancaq bahalı hədiyyə aldığını gizlədən və bu səbəbdən yerli media tərəfindən ciddi tənqid və təzyiqlərlə üzləşən Qrindel istefa verməli olub. Qeyd edək ki, 2016-cı ildən bu vəzifədə olan Qrindeli Almaniya millisi və "Bavariya”nın sabiq üzvü Filip Lamın əvəzləyəcəyi gözlənilir.


33679 oxunub

InvestAZ