XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Uqandalı ağırlıqqaldıran niyə gizlənib?
İdman 15:50 / 21.07.2021
Tokio-2020 Yay Olimpiya Oyunları üçün Yaponiyaya gəldikdən sonra itən uqandalı ağırlıqqaldıran Culius Sekitoleko tapılıb.
20 yaşlı atletin Mie əyalətində gizləndiyi məlum olub.
Yaponiyanın Kyodo agentliyinin məlumatına görə, afrikalı idmançı uqandalı bir tanışı ilə birlikdə sürət qatarı ilə Mie əyalətinə yollanıb. Uqandanın Tokiodakı səfirliyi və bölgə polisləri tərəfindən yeri öyrənilən idmançı dünən saxlanılıb.
Sekitoleko iyulun 16-dan yoxa çıxmışdı. Otaqda yazılı kağız qoyan atlet Uqandada ağır həyat tərzindən şikayətlənib və ora qayıtmaq istəmədiyindən qaçdığını qeyd edib. O, Yaponiyada işləmək istədiyini yazıb.
İdmançının məşqçisi ilə birlikdə ölkəsinə geri göndəriləcəyi və onunla bağlı lazım olan tədbirin görüləcəyi bildirilib.

32965 oxunub

InvestAZ