XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şahmatçılarımızdan uğurlu nəticə
İdman 17:57 / 09.07.2021
Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq "Serbia Chess Open 2021” şahmat turniri başa çatıb.
Şahmatçılarımız turnirin "Masters” yarışında uğurla çıxış ediblər. Belə ki, təmsilçilərimiz Ülvi Sadıqov, Misrətdin İsgəndərov liderdən cəmi yarım xal (7 xal) geri qalaraq 2-10-cu yerləri bölüşüblər. Digər şahmatçılarımız Eltac Səfərli, Vüqar Əsədli 6,5 xal, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı 6 xal, Pərviz Qasımov, Aydın Süleymanlı, Xəzər Babazadə 5,5 xal, Gövhər Beydullayeva 5 xal, Read Səmədov 4,5 xal qazanıblar.
Qeyd edək ki, "Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edib.


30091 oxunub

InvestAZ