XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimiz bu gün rapid turnirinin son partiyalarını keçirəcək
İdman 12:35 / 09.07.2021
Bu gün "Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un rapid turnirində sonuncu turun partiyaları oynanılacaq.

Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya) ilə qarşılaşacaq. Şahmatçımızın 8-ci və 9-cu turlarda rəqibləri Niderland təmsilçiləri olacaqlar. Belə ki, o, müvafiq olaraq Aniş Giri və Yorden Van Forest ilə üz-üzə gələcək.

Ötən 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 5 xalla yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.

30788 oxunub

InvestAZ