XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Rusiya millisinin baş məşqçisi istefaya göndərilib
İdman 11:44 / 09.07.2021
Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib. Bu qərar Rusiya Futbol İttifaqı (RFS) və baş məşqçi arasında qarşılıqlı razılıq əsasında qəbul edilib.

Baş məşqçinin istefaya göndərilməsinə Rusiya millisinin Avropa çempionatında zəif çıxışı səbəb olub. Rusiya millisi "Avro-2020”nin B qrupunda 3 xalla dördüncü yeri tutub və səkkizdəbir finala yüksələ bilməyib. Ruslar Finlandiya yığmasından üstün (1:0) olsa da, Belçikaya (0:3) və Danimarkaya (1:4) məğlub olaraq qrupda sonuncu pillədə qərarlaşıblar.

Qeyd edək ki, Avropa çempionatının iyulun 11-də keçiriləcək final matçında İtaliya və İngiltərə yığmaları üz-üzə gələcək. "Uembli” stadionunda keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

29353 oxunub

InvestAZ