Bu gün Avro-2020-də ikinci finalçının adı müəyyənləşəcək. Londondakı "Uembli” stadionunda İngiltərə və Danimarka milliləri üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu Niderlanddan olan referi Danni Makkeli idarə edəcək. Bu günədək rəsmi turnirlərdə 23 dəfə üz-üzə gələn komandaların duelində 13-də İngiltərə millisi qalib gəlib. Skandinaviyalılar isə 5 dəfə qələbəyə sevinən tərəf olublar. 5 oyunda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, ötən gün keçirilən ilk yarımfinal oyununda İtaliya millisi penaltilər seriyasında İspaniyanı məğlub edərək finala çıxıb.
Final oyunu iyulun 11-də "Uembli” stadionunda keçiriləcək.
29791 oxunub